RESCUE OF MANKIND FROM AIDS DEPENDS ON EACH OF US!
AZ      EN

30 sentyabr 2013-cü il tarixdə Azərbaycanda HİV/AİDS-lə mübarizəyə nəzarət üzrə İşçi Qrupun 30-cu iclası keçirildi. İclasda Ölkə Əlaqələndirmə Bürosunun (LƏB), Layihə Əlaqələndirmə Bürosunun (LƏIB), Respublika QİÇS mərkəzinin, UNAİDS-in, Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də Zərərin Azaldılması Şəbəkəsi (ZAŞ) proqramında iştirak edən QHT-lərin nümayəndələri iştirak edirdilər.

 

İclas zamanı ZAŞ proqramının ikinci fazasında iştirak edən 17 QHT-nin fəaliyyəti barədə LƏB-in ətraflı təqdimatı dinlənildi. Təqdimatda QHT-lərin zərərin azaldılmasındakı rolu, autriç işçilərin fəaliyyət göstərdikləri dövr ərzində işə yanaşma tərzləri, əhatə etdikləri hədəf qrupa aid şəxslərin faktiki sayı, apardıqları iş sayəsində xəstəliyin yayılmasının qarşısının alınmasına verdikləri töhfə, çeviklik, təşəbbüskarlıq, işi düzgün qurma və digər məsələlər barədə ətraflı məlumat verildi.

Fəaliyyəti qiymətləndirilən QHT-lərin əksəriyyətinin fəaliyyətinin qənaətbəxş olduğu bildirildi. İki təşkilata əhatə dairəsini genişləndirmək, bir neçə təşkilata isə əhatə dairəsi və iş yükünün az olduğundan digər QHT-lərlə birləşərək fəaliyyət göstərmək tövsiyə olundu. Bəzi QHT-lərə öz işlərindəki qüsurları düzəltmək üçün sınaq müddəti verildi. Bir neçə QHT öhdələrinə düşən vəzifəni yerinə yetirə bilmədikləri, proqram çərçivəsində  risk qrupları ilə işi lazımi səviyyədə qurmadıqlarından onlarla növbəti müddət üçün əməkdaşlığı dayandırmaq qərara alındı.

Görüşün sonunda ÖƏK-in sədr müavini Soltan Məmmədov qiymətləndirmənin LƏB tərəfindən davam etdirilməsini və nəticələrin ÖƏK-ə təqdim edilməsini təklif etdi.