BƏŞƏRİYYƏTİN QİÇS-DƏN XİLASI HƏR BİRİMİZDƏN ASILIDIR!
AZ      EN

21 sentyabr 2012-ci il tarixində İİV Proqramının satınalma mütəxəssislərinin təqdimatı ilə satınalma qaydaları üzrə təlim keçirilib. Təlimdə Sub-resipiyentlərin proqram koordinatorları, maliyyə və satınalma mütəxəssisləri iştirak edib. Təlimin əsas məqsədi Qlobal Fondun tələblərinə əsasən layihələrdə satınalma prosedurlarını riayət etmək və bu sahədə çalışan mütəxəssislərin bacarıq keyfiyyətlərini təkmilləşdirməkdən ibarət idi. Məruzə ilə çıxış edən LƏB-in satınalmalar üzrə mütəxəssisi Emil Məmmədov satınalma prosedurlarının tətbiq dairəsi, tələb olunan sənədləşmə, prosedurların və metodların izahı, təkliflər sorğusunun duzgün tətbiqi, kotirovka və açıq tenderlərin xüsusiyyətləri mövzusunda prezentasiya ilə çıxış edib. İmzalanmış Qrant Sazişinə əsasən layihələr çərçivəsində olan bütün fəaliyyət və əməliyyatlar dövlətin qanunvericiliyinə və Qlobal Fondun tələblərinə əsəsan həyata keçirilməlidir. Gələcəkdə satınalmalar prosesi zamanı yaranan problemlərin, boşluqların və gecikmələrin aradan qaldırılması üçün qanun və prosedurlarla daha yaxından tanış olmağın və onlara riayət etməyin nə dərəcədə vacib olduğu təlim iştirakçılarının nəzərinə çatdırılıb. Nəzərinizə çatdıraq ki, İİV layihəsinin ikinci fazası təsdiq olunduqdan sonra layihə sub-resipiyentləri üçün əlavə olaraq dekabr ayında belə bir təlimin keçirilməsi planlaşdırılır.