BƏŞƏRİYYƏTİN QİÇS-DƏN XİLASI HƏR BİRİMİZDƏN ASILIDIR!
AZ      EN

13 mart 2014-cü ildə LƏB-in ofisində Zərərin Azaldılması Şəbəkəsi proqramında iştirak edən QHT-lərin maliyyə mütəxəssisləri üçün  Zərərin Azaldılması Layihələrinin Maliyyə Hesabatlılığı və İdarəetməsi üzrə təlim keçirildi. Təlimin əsas məqsədi ayrılmış qrant vəsaitinin təsdiq edilmiş layihənin təqvim planına və xərc kateqoriyalarına uyğun olaraq səmərəli şəkildə istifadə edilməsinə nail olmaq üçün subresipiyentlərin bilik və bacarıqlarını və məsuliyyətlərini artırmaq idi.

 Təlimdə 8 subresipiyenti təmsil edən maliyyə mütəxəssisləri iştirak edirdilər. Təlim zamanı LƏB-in maliyyə mütəxəssisi Fatimə Talıbova Qlobal Fond tərəfindən qoyulan ümumi tələblər, Qlobal Fondun sub-resipiyentlərinə olan maliyyə tələbləri, maliyyə hesabatlarında baş verə biləcək qüsurlar, vəsaitlərin idarə edilməsi, sənədlərin tələb olunan qaydalara əsasən tərtib olunması, bank hesabları üzrə əməliyyatların düzgün aparılması, hesabdan çıxarılan xərclərin təyinatına uyğun olaraq istiqamətləndirilməsi və izlənməsi, maliyyə hesabatlarının hazırlanması üzrə təqdimatlar etdi.

Qrant üzrə tələblərin pozulması hallarının verə biləcəyi nəticələr, vergi və sosial müdafiə hesabatlarının aparılması, müvafiq qanunvericiliklərə edilmiş dəyişikliklər və əlavələr, hesabat formaları və prosedurlar haqda da iştirakçılara faydalı məlumatlar çatdırıldı. İştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirə aparıldı və baş qaldıran suallar praktik misallarla izah edildi.

İştirakçılar təlimin əhəmiyyətli olduğunu və növbəti maliyyə hesabatlarının vaxtında və qaydalara tam uyğun şəkildə təqdim edilməsi üçün faydalı bilik və məlumatlar əldə etdiklərini dedilər.