BƏŞƏRİYYƏTİN QİÇS-DƏN XİLASI HƏR BİRİMİZDƏN ASILIDIR!
AZ      EN
Lokal Fond Agentlikləri (LFA)
 
Qlobal Fondun İsveçrənin Cenevrə şəhərindəki ofislərindən başqa xaricdə ölkə səviyyəli orqanları yoxdur. Əvəzində, o, qrant fəaliyyətinə nəzarət etmək, yoxlamaq və hesabat vermək və gələcək maliyyələşmə ilə bağlı tövsiyyələr vermək üçün Lokal Fond Agentlikləri ilə əməkdaşlıq edir.
Qlobal Fondun qrantın verilməsini təsdiq etdiyi hər bir ölkədə adətən bir Lokal Fond Agentliyi fəaliyət göstərir. Bu, Qlobal Fonda qrant fəaliyyəti ilə bağlı olan yerli məlumatları əldə etmək imkanı verir. Bununla belə, bir sıra hallar mövcuddur ki, hər hansı ölkədə Lokal Fond Agentliyini müəyyən etmək mümkün olmur. Belə hallarda, Lokal Fond Agentliyi funksiyasını yaxın ölkədəki agentlik həyata keçirir və o, qrantın yerinə yetirilməsini yoxlamaq üçün vaxtaşırı olaraq həmin ölkələrə səfər edir.
 
Lokal Fond Agentliklərin əsas rolu
 
Qlobal Fond maliyyə ilə bağlı qərarlarının qəbul olunmasında fəaliyyətə uyğun maliyyələşmə prinsiplərini rəhbər tutur. Bu, investisiyaların yalnız qrant maliyyələşməsinin idarə olunduğu yerdə verilməsini və onların İİV/QİÇS, vərəm və malyariya ilə mübarizədə təsir etməyə nail olan proqramlar üzrə səmərəli xərclənməsini təmin etmək məqsədi daşıyır.
LFA-lərin rolu maliyyələşmə və yerli şərait üçün qrantın gedişatı və tələbləri üzrə müstəqil və peşəkar məsləhət verməkdən ibarətdir. LFA Qlobal Fond üçün əsasən aşağıdakı xidmətləri yerinə yetirir:
Əsas resipientlə qrant müqaviləsi imzalanmamışdan qabaq, LFA Əsas Resipientin təsdiq olunmuş qrant təklifində təsvir edilən qrantı yerinə yetirmək imkanını qiymətləndirir.
Qiymətləndirmə dörd sahədə aparılır:
• Maliyyə idarəçiliyi və sistemləri 
• Təşkilatçılıq və proqramla işləmək imkanı (həmçinin Proqramı İdarəetmə İmkanı) 
• Satınalmaların idarə olunması 
• Monitorinq və qiymətləndirmə.
LFA həmçinin Əsas Resipientin iş planını və büdcəsini yoxlayır və Qlobal Fonda qrant müqaviləsi üzrə danışıqların aparılmasında köməklik göstərir.
İİV, vərəm və malyariya Proqramlarını həyata keçirilməsi zamanı, Əsas Resipient ardıcıl gedişat düzəlişlərini və maliyyə vəsaitlərinin ödənilməsi üçün sorğuları LFA-ə təqdim edir. LFA bunları nəzərdən keçirir, məqsədlərə nail olunub-olunmamasını və xərclərin verilən hesabatlara uyğun olub-olmadığını yoxlayır və Qlobal Fonda Əsas Resipientə nə qədər ödənişin verilməsi haqqında tövsiyə verir. LFA həmçinin qrantın həyata keçirilməsinə təsir edən hər hansı məsələlər haqqında Qlobal Fonda məlumat verir.
Qlobal Fondun qrantları ilkin olaraq iki il müddətinə təsdiq olunur (Mərhələ 1) və qrantla maliyyələşən proqramların yerinə yetirilməsindən asılı olaraq əlavə üç ilə qədər uzadıla bilər (Mərhələ 2). Maliyyələşmə qrant müddətində hər üç aydan altı aya qədər müəyyən ardıcıllıqla ödənilir və hər ödəniş proqramın yerinə yetirilməsindən asılı olur. Lokal Fond Agentlikləri qrantla maliyyələşən proqramların yerinə yetirilməsini resipientlərin verdikləri nəticələr əsasında yoxlamaqda mühüm rol oynayırlar.
1-ci Mərhələnin sonuna yaxın Qlobal Fond Ölkə Əlaqələndirmə Komissiyasından (ÖƏK) Maliyyələşmənin davam etdirilməsi üçün Sifariş təqdim etməyi xahiş edir. Bu, 2-ci Mərhələnin başlanmasını bildirir. Bu sənəd qrant əsasında yerinə yetirilmiş işləri qiymətləndirir və xahiş edir ki, qrantın müddəti 2-ci Mərhələyə uzadılsın. LFA ÖƏK-nın Sifarişinin yoxlanmasında və Qlobal Fonda qrantın verilib-verilməməsi və əgər verilərsə, maliyyələşmənin 2-ci Mərhələ üzrə təsdiqi ilə bağlı tövsiyyələrin verilməsində mühüm rol oynayır.
 
Qrant başa çatarkən, LFA qrantın bağlanması üçün Qlobal Fonda kömək etməyə cəlb olunur.
Bundan əlavə, Qlobal Fond hər hansı vaxt LFA-dən maliyyə vəsaitlərinin şübhəli sui-istifadə olunmasının araşdırılması kimi xüsusi xidmətlərin həyata keçirilməsini xahiş edə bilər.
Lokal Fond Agentliyi Qlobal Fond tərəfindən razılaşdırılır və həmin agentlik onun üçün işləyir. LFA-lər ÖƏK və ya Əsas Resipient yaxud sub-resipientlər üçün işləmir. LFA-lərin bütün hesabatları Qlobal Fonda təqdim edilir və Qlobal Fond onları açıqlamayınca məxfi saxlanılır.
 
Azərbaycanda Lokal Fond Agentliyi - UNOPS
 
Azərbaycanda İİV/QİÇS və vərəm qrantları üzrə Lokal Fond Agentliyi xidmətlərini təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisi (UNOPS) Qlobal Fond tərəfindən razılaşdırılıb.
UNOPS İİV/QİÇS, Vərəm və Malyariya ilə səmərəli mübarizə aparmaq məqsədilə Qlobal Fondun milli imkanları gücləndirmək və inkişaf etdirmək üçün bəyan edilən missiyasını və onun sadələşdilimiş, sürətli və mütərəqqi prosesləri təşkil etmək hüququnu dəstəkləyir. Bundan əlavə UNOPS Qlobal Fond ilə bu missiyanı ölkə səviyyəsində həyata keçirmək üçün təyin edilən LFA arasında sıx əlaqənin olmasını qəbul edir.
UNOPS əsas LFA xidmətlərini yerinə yetirməkdən əlavə, mühüm sosial təcrübəyə malik beynəlxalq inkişaf təşkilatı kimi üstünlüyə malikdir.
 
LFA qrupu aşağıdakı şəxslərdən ibarətdir:
 
Baş koordinator: Fabrisio Vivarini 
Ölkə üzrə koordinator: Cəmilə Əzizova